Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu bölmələrdən birində elektrik cərəyanı vurması nəticəsində ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyi hərbçi Karen Avetisyanın elektrik cərəyanı vurması nəticəsində öldüyünü təsdiqləyib.
Hadisə Ermənistanın Sünik (Zəngəzur) bölgəsindəki Meğri yaxınlığında yerləş\n hərbi hissədə baş verib.
İdarədən verilən məlumata görə, əsgər mayın 13-də saat 10:30 radələrində “hələ məlum olmayan şəraitdə” elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
O, 10 aya yaxın xidmətdə olub.
Xuraman Etibarlı
İnterpress.az