“Ermənistan Respublikası olaraq dövlət sərhədlərinin ən qısa zamanda açılmasını səmimi qəlbdən istəyirik”.
İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə normallaşma prosesi ilə bağlı danışarkən deyib.
“Diplomatik əlaqələrin qurulmasını, insanlar və mədəniyyətlər arasında təmasların artırılmasını istəyirik”, – əlavə edib.
Mirzoyan xatırladıb ki, Ermənistanla Türkiyə arasında normallaşma prosesi üçün xüsusi nümayəndələr təyin olunub və xüsusi nümayəndələrin üzbəüz və telefon əlaqəsi var.
Ararat Mirzoyan prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışıqları olduğunu bildirib: “Daimi təmas var və bunlar müsbət dinamika verir”.