Ermənistanda aclıq aksiyası keçirən fransalı jurnalistin vəziyyəti AÇIQLANDI – FOTObackend

Ermənistanda aclıq aksiyası keçirən fransalı jurnalistin vəziyyəti AÇIQLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Ombudsman Aparatının əməkdaşları ölkəyə girişi qadağan olunmuş fransalı jurnalistə baş çəkiblər.

İnterpress.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Ermənistanın hüquq müdafiəçisi ofisinin əməkdaşları Zvartnots hava limanında olan fransalı jurnalist Leo Nikolyanın vəziyyətini öyrənmək üçün ona baş çəkiblər.

Aeroportun tibb xidməti İnsan Hüquqları Müdafiəçisi İdarəsinin əməkdaşlarını əmin edib ki, Nikolyana lazımi tibbi yardım göstərilir.

Eyni zamanda, ofis səlahiyyətli dövlət orqanlarından Nikolyanın məsələsi ilə bağlı izahat istəyib.

Xatırladaq ki, aprelin 23-də erməni əsilli fransalı hərbi jurnalist Leo Nikolyanın Ermənistana buraxılmasına icazə verilməyib. Qadağa barədə ona pasport nəzarətindən keçərkən məlumat verilib.

Etiraz əlaməti olaraq Nikolyan aclıq aksiyasına başlayıb və aeroportun tranzit zonasında qalmaqda davam edir.

O, ölkəyə girişdən imtinanın səbəbləri ilə bağlı rəsmi yazılı cavab almayana qədər aclıq aksiyasını dayandırmayacağını bildirib.

Xuraman Etibarlı

İnterpress.az