“Eurovision” şərhçilərimizin adları AÇIQLANDIbackend

“Eurovision” şərhçilərimizin adları AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində şərhçilərinin adını açıqlayıb.

İTV-nin efirində canlı şəkildə yayımlanacaq mahnı şousunun  Azərbaycan üzrə şərhçiləri müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.

Qeyd edək ki, Murad Arif bundan əvvəl də müsabiqənin şərhçisi, Hüsniyə Məhərrəmova isə müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri olub.

“Open up!” şuarı ilə reallaşacaq müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam şəhərində keçiriləcək.

“Eurovision-2021”də təmsilçimiz Efendi “Mata Hari” mahnısı ilə birinci yarımfinalda çıxış edəcək.

 

 

İnterpress.az