İsrailin səhiyyə naziri Uriel Menahem Buso yaralı Qəzzalıların və Livanlıların İsrail xəstəxanalarına yerləşdirilməsinə dair verdiyi əmrin ləğv edildiyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrailin Səhiyyə naziri Uriel Menahem Buso verdiyi açıqlamada, İsrail ordusu tərəfindən evakuasiya edilən yaralı Qəzzalı və Livanlıların ölkədəki xəstəxanalarda müalicəsi ilə bağlı təlimatın yerinə yetirilməmişdən əvvəl ləğv edilməsini tələb etdiyini bildirib.
Buso Qəzzalıların və Livanlıların İsrail xəstəxanalarına sığınmasına icazə verməmək siyasətində heç bir dəyişiklik olmadığını vurğulayıb.
Nazir Buso həmçinin Livan və Qəzzalılarla rəftarla bağlı təlimatın onun xəbəri və razılığı olmadan verildiyini müdafiə edib.