Finlandiyanın baş naziri: “ABŞ-ın öz torpaqlarında nüvə silahına ehtiyacı yoxdur”backend

Finlandiyanın baş naziri: “ABŞ-ın öz torpaqlarında nüvə silahına ehtiyacı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın baş naziri Orpo ABŞ-ın öz torpaqlarında nüvə silahına ehtiyac olmadığını bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Finlandiyanın baş naziri Petteri Orpo bəyan edib ki, ölkə ərazisində ABŞ-ın nüvə silahına ehtiyac yoxdur. Orpo Polşada nəşr olunan “Rzeczpospolita” qəzetinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Baş nazir Orpo ABŞ-ın nüvə silahını ölkə ərazisində qəbul edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: “NATO artıq nüvə qarşısının alınmasını təmin etdiyi üçün buna ehtiyac yoxdur”.

4 aprel 2023-cü ildə NATO-nun 31-ci üzvü kimi Alyansa daxil olan Finlandiya 2023-cü ilin dekabrında ABŞ ilə “Müdafiə sahəsində əməkdaşlıq sazişi” imzalayıb.

ABŞ-ın dövlət katibi Antoni Blinken bu sazişin ABŞ-ın transatlantik təhlükəsizliyi gücləndirmək üçün hərtərəfli səylərinin son nümunəsi olduğuna diqqət çəkərək, bütün Avropa qitəsində təhlükəsizlik və sabitliyi təmin edən bir şəbəkə yaratdıqlarını qeyd edib.