Finlandiyanın Baş naziri Rusiya sərhədinin daha 1 ay bağlı qalacağını təsdiqləyibbackend

Finlandiyanın Baş naziri Rusiya sərhədinin daha 1 ay bağlı qalacağını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın baş naziri Petteri Orpo ölkəsinin Rusiya ilə sərhədini bağlamaq qərarının daha bir ay uzadılacağını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Finlandiyanın ictimai televiziyası YLE-yə danışan Orpo sərhədi bağlı saxlamaq üçün kifayət qədər məlumata sahib olduqlarını ifadə edib:

“Məndə olan məlumata görə, Rusiyada heç bir şey dəyişməyib. Düşünürəm ki, təhlükə riski də dəyişməyib”.

Rusiya sərhədinin daha bir ay bağlı qalacağını təsdiqləyən Orpo ölkənin təhlükəsizliyini təmin etmək üçün daha çox hərəkətə ehtiyac olduğunu qeyd edib.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatını davam etdirəcəyinə dair “aydın işarələr və təhdidlər” olduğu müddətcə sərhədin açılmayacağını ifadə edən Orpo sərhədlə bağlı hökumət qərarı ilə bağlı qiymətləndirmələrin davam etdiyini bildirib.

Hökumətin yaxın günlərdə şərq sərhədi ilə bağlı yeni qərar verəcəyi gözlənilir.