Finlandiyanın müdafiə naziri Antti Hakkianen Ukraynadakı müharibənin illərlə davam edə biləcəyi barədə xəbərdarlıq edib.
İnterpress.az “Politico”ya istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtina səfəri zamanı deyib.
Nazir vurğulayıb ki, bunun üçün Rusiyanın kifayət qədər potensialı var: “Avropa liderləri Ukraynada müharibənin dalana dirənməsindən getdikcə daha çox narahat olmağa başlayırlar. Qərbin, Ukraynanın qalib gəlməsi barədə deyilənlərin çoxu şişirtmədir”.
O, həmçinin yeni soyuq müharibənin başlayacağı barədə xəbərdarlıq edib: “Qərb ölkələri qətiyyətli addımlar atmalıdır”.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq daha əvvəl Rusiyanın məqsədlərinə çata bilməyəcəyini iddia edib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.