Fransa məhkəməsi pişiyə 100 avro təzminat ödənilməsinə qərar veribbackend

Fransa məhkəməsi pişiyə 100 avro təzminat ödənilməsinə qərar verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada məhkəmə “heyvanlara amansızlıq” ittihamı ilə mühakimə olunduğu işdə əzab çəkən pişiyə sahibinin 100 avro təzminat ödəməsi barədə qərar çıxarıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

“Le Parisien”in xəbərinə görə, Lil Cəza Məhkəməsi “Lanna” adlı pişiyin sahibinə 2023-cü ilin iyul ayında zibil qutusunda ölü tapıldıqdan sonra “heyvana amansızlıq” ittihamı ilə açılan işdə qərar verib.

Otistik uşağını qaşıdığı üçün təxminən bir yaşlı pişiyə işgəncə verib öldürdüyünü etiraf edən müttəhimə 8 ay şərti həbs cəzası verildi və ev heyvanı sahibi olmaq qadağan edilib.

Digər tərəfdən, məhkəmə simvolik qərar çıxarıb və əzab çəkən pişiyə 100 avro təzminat ödənilməsinə qərar verib.

Heyvan haqları müdafiəçisi və iddianın tərəfi olan Nord Region Heyvanları Müdafiə Birliyinin nümayəndəsi hüquqşünas Graziella Dode sosial media hesabındakı paylaşımında Lill Cəza Məhkəməsinin qərarını açıqlayıb və bu qərarı “inkişafına doğru bir addım” kimi qiymətləndirib.

Fransada bir ilk olan məhkəmənin qərarı heyvansevərlər tərəfindən müsbət qarşılanıb.

Poitiers Universitetinin hüquq professoru Fabien Macrhadier “20 Minutes” qəzetinə məhkəmənin “heyvanı bir insan hesab etdiyi” simvolik qərarını şərh edib.

Prof. Macrhadier bu qərarın çoxalma və müalicə məsələlərində heyvanlara tətbiq edilən üsulların şübhə altına alınmasına yol açdığına diqqət çəkib.