“Fransa ümumiyyətlə Qafqazda sülhün bərqərar olmasını istəmir” – AÇIQLAMAbackend

“Fransa ümumiyyətlə Qafqazda sülhün bərqərar olmasını istəmir” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa ümumiyyətlə Qafqazda sülhün bərqərar olmasını istəmir”.

Bu sözləri İnterpress.az-a açıqlamasında “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov deyib.

“Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə beynəlxalq hüquqa hörmətsizlik etdiyini, münaqişəni, işğalı dəstəklədiyini, soyqırım müdafiəçisi olduğunu bir daha nümayiş etdirdi. Fransa Senatının bu ədalətsiz və qərəzli qətnaməsi bir daha göstərdi ki, Fransa ümumiyyətlə Qafqazda sülhün bərqərar olmasını istəmir, əksinə münaqişənin daha da alovlanmasıdan yanadır. Vətəndaş cəmiyyətinin bir nümayəndəsi kimi Fransa Senatının bu sərsəm qətnaməsini şiddətlə qınayıram. Eyni zamanda, Laçın dəhlizini təcili olaraq nəzarətə götürmək lazımdır ki, Fransadan və digər ölkələrdən gələn şəxslər Azərbaycanın icazəsi olmadan ərazimizə daxil olub erməni separatçıları ilə görüşə bilməsinlər”, – o əlavə edib.

İnterpress.az