Fransanın paytaxtı Parisin şimalındakı Meaux bölgəsində bir evdə qadın və 4 uşağının cansız cəsədi tapılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fransanın paytaxtı Parisin şimalındakı Meaux bölgəsində bir evdə 5 nəfərin cəsədinin tapılmasından sonra prokurorluq cinayət araşdırması başladıb.
Polisin verdiyi açıqlamada evdə bir qadın və 4 azyaşlı uşağın meyiti tapıldığı, uşaqların atasının isə qaçdığı bildirilib.
Fransa polisi 33 yaşlı şəxsi tapmaq üçün bölgədə əməliyyat başlatdıqlarını açıqlayıb.
Paris bölgəsi noyabr ayında oxşar cinayətlərlə gündəmə gəlmişdi.
Polisin verdiyi açıqlamada 41 yaşlı atanın 4, 10 və 11 yaşlı 3 qızını öldürdüyünü etiraf edərək təslim olduğu bildirilib.
Oktyabr ayında polis məmuru üç qızını evində öldürüb, sonra intihar edib.