2023-cü ildə Fransada 15 minə yaxın irqçilik, ksenofobiya və din əleyhinə cinayətlərin 8500-ü yüksək və orta səviyyəli cinayətlər kateqoriyasına düşüb ki, bu da 2022-ci illə müqayisədə bu rəqəmin 32 faiz artmasıdır.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Daxili İşlər Nazirliyinin Statistika Xidməti SSMSİ 2023-cü il üçün ksenofobiya və ya din əleyhinə cinayətlərə dair hesabatını dərc edib.
Hesabatda Fransada polis və jandarma tərəfindən 2023-cü ildə təxminən 15 min irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər qeydə alındığı və bunlara yalnız təhlükəsizlik xidmətlərinə ötürülən cinayətlərin daxil edildiyi ifadə edilib.
Hesabatda bunlardan 8500-nün yüksək və orta səviyyəli cinayətlər kateqoriyasında, 6400-nün isə yalnız cərimə ilə nəticələnən cinayətlər olduğu və bu rəqəmin 2022-ci ilə nisbətən 32 faiz artım demək olduğu bildirilib.
Hesabatda yüksək və orta səviyyəli cinayətlər kateqoriyasına daxil olan irqçi cinayətlərin 61 faizinin təhqir, təxribat və ya ictimai alçaldılma şəklində baş verdiyi qeyd edilib.
Hesabatda 2022-2023-cü illərdə əhali ilə müqayisədə ən çox irqçilik qurbanlarının Fransanın Bas-Rhin və Alpes-Maritimes əyalətlərində olduğuna diqqət çəkilərək, qurbanların əksəriyyətinin 25 yaşındakı kişilərdən ibarət olduğu ifadə edilib.