Fransada ərini öldürməkdə ittiham edilən gürcü qadın saxlanılıbbackend

Fransada ərini öldürməkdə ittiham edilən gürcü qadın saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada gürcü qadın ərini öldürməkdə ittiham edilərək saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, hadisə dekabrın 17-də Tulon şəhərində baş verib.
Məlumata görə, 28 yaşlı qadın ərini tərk edib.

Məlumata görə, qətldə günahlandırılan Lana K. 2022-ci ilin avqustunda əri tərəfindən törədilən məişət zorakılığının qurbanı olub, lakin qadın ona qarşı zorakılığı inkar etdikdən sonra prosedur ləğv edilib.

Məlum olub ki, ər və arvadın beş övladı var, onların hamısı azyaşlı uşaqlar üçün sığınacağa aparılıb.

Digər təfərrüatlar hələlik məlum deyil.