Fransalı sağçılar AP seçkilərinə belə hazırlaşıblarbackend

Fransalı sağçılar AP seçkilərinə belə hazırlaşıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın ifrat sağçıları Avropa Parlamenti seçkilərində kampaniyalarını anti-immiqrasiya əhval-ruhiyyəsi üzərində qurublar

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Fransada son illərdə yüksəlişdə olan ifrat sağın aparıcı siması Marin Le Penin partiyası Milli Ralliyə (RN) görə, qarşıdan gələn Avropa Parlamenti (AP) seçkiləri çox mühüm olacaq. Miqrasiya ilə bağlı səsvermənin keçiriləcəyi referendum kimi olacaq.

Milli Ralli sədri Jordan Bardella partiyasının seçki kampaniyasını təqdim etdiyi mitinqdə bildirilib ki, 9 iyunda keçiriləcək seçkilərin bizi məhv edən immiqrantlara qarşı referendum olduğu tamamilə aydındır.

O, ifadədən istifadə edərək mühacirlərin əleyhdarlarının səslərini istəyib.

Marseldəki mitinqdə Fransaya kimin girib girə bilməyəcəyinə fransızların qərar verəcəyini vurğulayan Bardella deyib ki, Milli Ralli ilə sərhədlər təhlükəsiz olacaq.

Bardella son aylar ölkədə fermerlərin etirazlarına da toxunub.

Emmanuel Makron administrasiyasını tənqid edərək, ölkədəki hökumətin fermerlərin tələblərini qarşılamaq üçün yetərli olmadığını əsas gətirən Bardella: “Əziz fermerlər, Fransa sizi sevir! Fransa sizə baxır! Fransa sizə dəstək verir!”.

Son anketlərə görə, Fransada səslərin əksəriyyətini əldə etməyə çalışan RN seçkilərə “Fransa qayıdır, Avropa canlanır” şüarı ilə gedir.

2022-ci il prezident seçkilərində Marin Le Penin namizədliyi ilə Bardella partiyaya sədr təyin olundu və beləliklə partiya tarixində ilk dəfə olaraq Le Pen ailəsindən kənar biri sədr olub.

Mərkəzi ofisi İngiltərədə olan Portland Communications məsləhət şirkəti tərəfindən yanvarın sonunda aparılan sorğuya görə, Fransada ifrat sağçı RN partiyası iyunda keçiriləcək AP seçkilərində səslərin 33 faizini toplayaraq rekord uğur qazana bilər.