Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaqbackend

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.

İnterpress.az xəbər verir ki, ilk olaraq I təsnifat mərhələsinin iki oyunu baş tutacaq.

II Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:00-da start götürəcək.

Günün digər qarşılaşmasında “Şəfa” – “Saatlı-Araz” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. “ASK Arena”dakı oyun saat 16:30-da başlayacaq.