Gəncə sakini lotereyada 100 min qazandıbackend

Gəncə sakini lotereyada 100 min qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərlotereya” ASC-nin təşkil etdiyi “Brilliant” ani lotereyasında 100.000 manat dəyərində böyük uduşlardan biri Gəncə şəhər sakini tərəfindən qazanıldı, növbəti 100.000 manat və digər böyük uduşlar isə qaliblərini gözləyir. “Azərlotereya” ASC-nin yeni satışa buraxılan ani lotereyaları – “Brilliant”, “Şans ulduzu” və “Qızıl” lotereya həvəskarlarını sevindirməyə davam edir. Satışa buraxılmasından qısa müddət – bir ay keçməsinə baxmayaraq irili-xırdalı uduşların qazanılması alıcılar tərəfindən sevinclə qarşılanır.

Bu dəfə ən böyük uduş olan 100.000 manat Gəncə şəhər sakini tərəfindən qazanıldı. 2 sentyabr 2021-ci il tarixi lotereyaların səyyar satışı ilə məşğul olan Fazil Əhmədov üçün əlamətdar günə çevrildi. “Əvvəllər mənim satdığım lotereyalarda müxtəlif böyük uduşlar olmuşdu. Ancaq bu dəfə qazanılan 100.000 manat ilk belə böyük uduş idi” – deyə Əhmədov söyləyir.

Lotereya həvəskarları böyük uduşlar, eləcə də “Brilliant” ani lotereyasında 100.000 manat dəyərində uduş şansına hələ də malikdirlər. Yeni ani lotereyalar uduş fondu və böyük uduşların məbləğinə görə fərqlənir. Böyük uduşun “Brilliant” ani lotereyasında məbləği 100.000 manat, “Qızıl” ani lotereyasında böyük uduş 25.000 manat, “Şans ulduzu” ani lotereyasında 50.000 manatdır.

Yeni ani lotereyaları satış nöqtələrində əldə etmək mümkündür. “Qızıl”, “Şans ulduzu” və “Brilliant” ani lotereyalarını əldə edərək “Azərlotereya” ilə şansınızı gözlətməyin.