Gənclərin lotereyalara, mərc oyunlarına marağı niyə yüksəkdir?backend

Gənclərin lotereyalara, mərc oyunlarına marağı niyə yüksəkdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şübhəsiz ki, dünyanın bütün ölkələrində lotoreyalara, mərc oyunlarına maraq var. Bu baxımdan Azərbaycanda məlum sahəyə son zamanlar marağın yenidən yüksəlməsi xüsusi hadisə və yenilik deyil. Ancaq bu marağın artan xətlə inkişaf etməsi və gəncləri təsir dairəsinə alması narahatvericidir”.

İnterpress.az xəbər verir ki, bunu “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, oxuyaraq, təhsil alaraq, özünü inkişaf etdirərək, zəhmət çəkərək bir yerlərə gəlməyə ümidini itirən, normal əməklə məşğul olmaqla ona lazım olacaq qədər vəsait qazanacağına inanmayan şəxslər öz gələcəklərini şansa, təsadüflərə, lotereyalara, mərc oyunlarına bağlayırlar:

“Ən təəssüf və təhlükə doğuran məqam da elə budur. Düşünürəm ki, gənclərin təhsili, inkişafı, kadr məsələlərinə cavabdeh qurumlar bu məsələ ilə bağlı strateji yol xəritəsi işləyib hazırlamalı, mövcud durumun sosial, mənəvi, psixoloji tərəfləri müəyyən edilməlidir. Çünki Azərbaycanda gəncliyin inkişafı və təşəbbüslərinin dəstəklənməsi siyasəti birbaşa Cənab Prezidentin siyasi iradəsinin tələbidir”.