Goranboyda avtomobil 36 yaşlı kişini vuraraq öldürübbackend

Goranboyda avtomobil 36 yaşlı kişini vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Goran qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Samir Füzuli oğlu Əsgərovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.