Goranboyda qəza: 79 yaşlı kişi yaralandıbackend

Goranboyda qəza: 79 yaşlı kişi yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunun Goran qəsəbəsində dairəvi yolun yaxınlığında iki avtomobil toqquşub.

İnterpress.az-ın məlumatına görə, “VİTO” markalı maşın “Zil” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “VİTO”da olan sərnişin – Tovuz rayon sakini, 1941-ci il təvəllüdlü Abbasov Heydər Namaz oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az