Gülsel Səfərova: “Co Baydenin Azərbaycanın ali rəhbərləriylə münasibətləri var” – AÇIQLAMA – VİDEObackend

Gülsel Səfərova: “Co Baydenin Azərbaycanın ali rəhbərləriylə münasibətləri var” – AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp administrasiyasının bütün planlarını alt-üst olmasını qeyd edən G.Səfərova, onu da əlavə edib ki, əgər pandemiya olmasaydı, ABŞ-da iqtisadi göstəricilər tamamilə başqa səpkidə olacaqdı:

“ABŞ-dakı seçkilər 10-15, hətta 4 il əvvəlkilərdən fərqlidir və gərgindir. Bəzi ştatlarda 0.5-1% fərq var. İlk olaraq, bunun səbəbi iqtisadi-sosial məsələlərdir. Bu məsələlər dünyanın başına gələn koronavirus pandemiyası ilə əlaqədardır. Demokratların əsasən toxunduğu məqamlar da bunlardır: iqtisadiyyatda çöküşlər baş verdi, işsizlik artdı. Bu məqamda da onlar yeni bir planla, iqtisadi proqramla ortaya çıxdılar”.

Siyasi-analitik, respublikaçıların respublikaçılıq ənənələri, demokratların isə demokratik dəyərlər üzərində daha çox sadiq olduğunu vurğulayıb. O, tərəflərin daha çox hansı prioritet məsələlərə üstünlük verəcəyinə münasibət bildirib:

“ABŞ-ı dünya birliyində sözü keçən ölkələrdən biri kimi tanıyırıq və izləyirik. İstər demokratlar, istərsə də respublikaçıların Azərbaycan ilə son 30 ildə yaxşı əlaqələri olub. Respublikaçılar və demokratlar siyasi istiqamət baxımından fərqlidirlər. Amma onlar bir-biriləri ilə sıx əməkdaşlıq edirlər. Ümumiyyətlə, respublikaçıların hakimiyyətdə olduğu dönəmlərdə dünya daha qlobal proseslərə meyl edir. Onların mahiyyətində ölkələrin daxili işlərinə qarışmaqdan daha çox qlobal məsələlərə üstünlük vermək dayanır. İstər dünya ticari-iqtisadiyyat dövriyyəsinə, istərsə də sosial-səhiyyə məsələlərinə qlobal baxırlar. ABŞ olaraq dünyanın daha da inkişaf etməsi üçün nələri edə bilərlər istiqamətindən yanaşırlar. Amma respublikaçılardan fərqli olaraq, demokratlar dünyanın xilası üçün hər bir ölkənin demokratik dəyərlərinin inkişaf etməsini siyasi istiqamət tutublar. Yəni ki, əgər respublikaçılar ölkənin daxili siyasətlərindən, daxili işlərinə qarışmaq məsələsindən daha çox, onların regional siyasətləri ilə maraqlanırsa, demokratlar üçün bu, əksinədir. Onlara ölkələrin daxili siyasətləri daha çox maraqlıdır, çünki düşünürlər ki, daxili siyasət xarici siyasəti formalaşdırır”.

G.Səfərova müsahibəsi zamanı ABŞ-dakı erməni lobbi məsələsinə də toxunub. O, ABŞ-ın yeni prezidenti Co Baydenin qarşıdakı illərdə nə kimi işlər görəcəyini proqnoz edib:

“ABŞ-da erməni lobbisi çox güclüdür. Amma bu o demək deyil ki, Azərbaycana qarşı hər hansı mənfi addımlar atıla bilər. Co Bayden Azərbaycanda olub. Onun Azərbaycanın ali rəhbərləri ilə münasibətləri var və reallığı çox yaxşı bilir. Lobbilçilik nə qədər güclü olsa da, konqresmen, senator səviyyəsində olur. Amma son 10 ildə Azərbaycan reallıqları, siyasəti ən ali rəhbərlik səviyyəsində müzakirə olunur. Azərbaycan-Amerika münasibətləri artan xətt üzrə gedəcək. Sadəcə olaraq, dəyişən onların nəyə daha çox prioritet vermələri olacaq”.

 

BÜNYAMİN ÇİNGİZOĞLU

İnterpress.az

 

 

 

 

 

İnterpress.az