Gürcüstan vətəndaşı Yunanıstanda oğurluq ittihamı ilə saxlanılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Nəşrin məlumatına görə, oğurluq dekabrın 20-də Retimino şəhərinin mərkəzi hissəsində baş verib.
30 yaşlı Gürcüstan və 40 yaşlı Yunanıstan vətəndaşı İran vətəndaşını bıçaqla hədələyərək 30 avro pul oğurlayıblar.
Yunanıstan mətbuatının məlumatına görə, yerli asayiş keşikçiləri cinayətkarları tezliklə saxlayıblar.