Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrə yeni avtobuslar verilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Avtobuslar Marneuli, Bolnisi, Dmanisi və Qardabani də daxil olmaqla bir sıra bələdiyyələrə təqdim edilib.
O bölgələrin əhalisinə 51 ədəd yeni “Isuzu” avtobusu xidmət göstərəcək.
Bundan başqa baş nazirin qərarı ilə avtobuslarla yanaşı, bələdiyyələr üçün 90, 10 və 16 kubmetrə qədər “İveco” zibildaşıyan maşınlar da alınıb və Gürcüstanın bütün regionlarına (ümumilikdə 49 bələdiyyə) paylanacaq.