Gürcüstanda məmur həyat yoldaşına təcavüz edibbackend

Gürcüstanda məmur həyat yoldaşına təcavüz edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Acarıstan bölməsinin müfəttişinə həyat yoldaşına qarşı zorakılıq faktı ilə bağlı ittiham irəli sürülüb

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Xüsusi İstintaq Xidmətinin apardığı istintaqla müəyyən edilib ki, dekabrın 4-də Batumidə Daxili İşlər Nazirliyinin Hüquqi şəxslərin ictimai qanunların mühafizəsi üzrə polis şöbəsinin müfəttişi N.S. qısqanclıq zəminində həyat yoldaşına qarşı zorakılıq edib.

O, Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi (ailə üzvünə qarşı fiziki ağrıya səbəb olan zorakılıq) ilə ittiham olunub və bu, 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində Batumi Şəhər Məhkəməsinə müraciət edəcək.