2024-cü ilin 1 may tarixindən etibarən hüquq-mühafizə orqanlarında çalışanların pensiyası 560 laridən 1000 lariyə yüksələcək.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, may ayından etibarən keçmiş polislərin, hərbçilərin, xüsusi xidmət orqanlarında çalışan işçilərin pensiyasının yuxarı həddi 560 laridən 1000 lariyə yüksələcək.
Həmçinin, xidməti vəzifələrini yerinə yetirərkən və ya aldıqları yaralar nəticəsində həlak olanların ailə üzvlərinə kompensasiyası 1000 laridən 1200 lariyə yüksələcək.