Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 207,171 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 % azdır.
Azərbaycanla ticarət dövriyyəsi Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 7 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 10,6 % azalaraq 99,459 milyon ABŞ dolları (ümumi ixracın 12,4 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 20,5 % azalaraq 107,712 milyon ABŞ dolları (ümumi idxalın 5 %-i) olub.
Yanvar-fevral aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 4,8 % azalaraq 2 milyard 950,147 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 12,2 % azalaraq 803,314 milyon ABŞ dollarına, idxalın dəyəri isə 1,6 % azalaraq 2 milyard 146,833 milyon ABŞ dollarına enib.