Gürcüstanın hansı bölgələrində işsizlik üstünlük təşkil edir?backend

Gürcüstanın hansı bölgələrində işsizlik üstünlük təşkil edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda işsizliyin ən yüksək səviyyəsi Raça-Leçxumi və Kvemo Svaneti, Kvemo Kartli və İmereti regionlarında qeydə alınıb, ən aşağısı isə Kaxetidədir – eyni zamanda, biznes sektorunda çalışanların orta aylıq əməkhaqqı Tbilisidə 1505,8 lari təşkil edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Son məlumatlara görə, Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində işsizlik səviyyəsi 30% təşkil edir; Kvemo Kartlidə 25,2%; İmeretidə 23,1%. Digər bölgələrdə qeyd olunan statistika belə görünür: Şida Kartli 22,3%; Tbilisi 19,5%; Acarıstan Muxtar Respublikası 18,4%; Quriya 17,1%; Sameqrelo-Zemo Svaneti 15,7%; Samtsxe-Cavaxeti 14,9%; Mtsxeta-Mtianeti 14,7%; Kaxeti 8,7%.

Biznes sektorunda çalışanların orta aylıq əməkhaqqına gəlincə, Tbilisidən sonra Mtsxeta-Mtianeti gəlir, burada bu rəqəm 1296 lari təşkil edir.

Qalan regionlarda müvafiq statistika (lari ilə) aşağıdakı kimidir: Kvemo Kartli 1 181,6; Acarıstan Muxtar Respublikası 1 080,6; İmereti 1 045.9; Sameqrelo-Zemo Svaneti 977.5; Samtsxe-Cavaxeti 962,4; Kaxeti 901.1; Şida Kartli 861.9; Quriya 763.4; Raça-Leçxumi və Kvemo Svaneti 726,8.