Gürcüstanın Mestia rayonunda sərt karantin rejiminin tətbiqi ləğv edilibbackend

Gürcüstanın Mestia rayonunda sərt karantin rejiminin tətbiqi ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Mestia rayonunda sərt karantin rejiminin tətbiqi ləğv edilib.

İnterpress.az xəbər  verir ki,  müvafiq qərarı Gürcüstanın Baş nazir Giorgi Qaxaria imzalayıb.

Qeyd edək ki, epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar avqustun 10-da rayon ərazisinə daxil olan bütün yaşayış məntəqələrində sərt karantin rejiminin tətbiqinə başlanılıb və rayona giriş-çıxışlar məhdudlaşdırılıb. Avqustun 21-də rayon mərkəzi və Lenceri kəndi istisna olmaqla, bütün digər yaşayış məntəqələrində sərt karantin rejimi ləğv edilib.

Mestia Gürcüstanda sərt karantin rejiminin tətbiq edildiyi sonuncu rayon idi.

 

İnterpress.az