Xaşuri-Atskuri yolunun Gürcüstanın Türkiyə ilə sərhədindəki Vale şəhərinə gedən hissəsi güclü qar yağması səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
“Güclü qar yağması, temperaturun aşağı düşməsi və s. problemlərlə əlaqədar Xaşuri-Axaltsixe-Vale beynəlxalq avtomobil yolunda qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib”, – məlumatda qeyd edilib.