Həkim: “Yaxın 10 gün ərzində yoluxmada zirvəni görüb-görməyəcəyimiz bəlli olacaq” – VİDEObackend

Həkim: “Yaxın 10 gün ərzində yoluxmada zirvəni görüb-görməyəcəyimiz bəlli olacaq” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“IV dalğa yüksələn xətlə inkişaf edir. Hələlik bu, zirvə deyil. Yəqin ki, yaxın 10 gün ərzində zirvəni görüb-görməyəcəyimiz bəlli olacaq”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, yoluxma sayında dəhşətli rəqəmlər olmayacaq:

“Cəmiyyətin davranışında hansısa dəyişiklik olmayıb. Ona görə də, yoluxmanın dəhşətli dərəcədə yüksələcəyini düşünmürəm. Amma hesab edirəm ki, təhlükəli vəziyyət hələ davam edəcək”.

V.İsmayıl onu da bildirib ki, maska taxılması ilə bağlı təbliğat əks-effekt verə bilər:

“Hamı hər şeydən yorulub. Qaydalardan da, söhbətlərdən də və bu cür yaşayış tərzindən də yorulmuşuq. Məncə, indi biz maska təbliğatına başlasaq, əks-təsir verəcək. Sosial məsafəni qoruyun, maska taxın kimi məsələləri danışanda artıq insanlar qıcıqlanırlar. Real mənzərəni əks etdirmək və gələcəyi göstərmək lazımdır. İndi yaydır və insanlar dincəlməyə, bağ evlərinə gedirlər deyə təmas az olur. Lakin qarşıdan yeni tədris ili gəlir. Məncə, Azərbaycanda peyvəndlənmə kifayət qədər olmasa, nəticə yaxşı olmaz”.