Hazırda HƏMAS rəhbərliyinin Türkiyəyə köçməsindən söhbət gedə bilməz.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, Ankara münaqişənin regionda genişlənməsini istəmir.
Yanvarın 15-də Amerikanın “The Epoch Times” qəzeti yazıb ki, HƏMAS rəhbərliyi Qətərdən Türkiyəyə köçmək imkanını nəzərdən keçirir.
Aprelin 29-da təşkilatın nümayəndəsi Əbu Mərzuk bu xəbərləri təkzib edərək, köçmək lazım gələrsə, İordaniyaya gedəcəklərini qeyd edib. İordaniya da Suriya kimi HƏMAS liderlərini qəbul etməkdən imtina dib.
Xuraman Etibarlı
İnterpress.az