HƏMAS Qətəri tərk edərək İraqa getməyi planlaşdırır.
interpress.az xəbər verir ki, bu barədə Əmirliyin “The National” qəzeti məlumat yayıb. Bildirilir ki, HƏMAS Qətəri tərk edərək İraqa gedəcək.
Qeyd olunur ki, İraq hökuməti bu addımı ötən ay təsdiqləyib. Mənbənin sözlərinə görə, İran Bağdadda HƏMAS liderlərinin və ofislərinin qorunmasına cavabdeh olacaq.
Qətər və ABŞ-nin təşkilatın siyasi liderlərinə təzyiqləri artdığı üçün HƏMAS Qətəri tərk edərək İraqa getməyi planlaşdırır.
“Bəziləri, xüsusən də kürdlər və sünnilər bunun ABŞ ilə fikir ayrılıqlarını dərinləşdirəcəyindən qorxurlar. Lakin konsensusun olmamasına baxmayaraq, hökumətin HƏMAS-a ev sahibliyi etmək qərarı geri alınmayacaq”, – deyə İraqın yüksək səviyyəli deputatı bildirib.
Xuraman Etibarlı
İnterpress.az