“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənibbackend

“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.