Hindistan parlamentində daha 49 deputata qış sessiyalarının sonuna kimi “parlament nizamını pozmaq” ittihamı ilə parlament iclaslarında iştirak qadağan edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Parlament işləri üzrə dövlət naziri Arjun Ram Meqval çıxış edib. Daha 49 deputat “parlament nizamını pozmaq” ittihamı ilə parlamentin aşağı palatasına buraxılıb.Onun Xalq Məclisinin (Lok Sabha) üzvlüyünə qadağa qoyulması ilə bağlı təklifi parlamentdə qəbul edilib.
Təklifə əsasən, parlamentin qış sessiyaları başa çatana qədər müxalifətdən olan 49 deputat iclaslarda iştirak edə bilməyəcək.
Milli Konfrans Partiyasının sədri Faruk Abdullah, partiya üzvləri Maniş Tevari və Şaşi Tarur da 49 deputat arasındadır.
Parlamentdəki müxalifət üzvlərinin təhlükəsizlik pozuntusundan sonra araşdırma tələbi ilə bağlı şüarlar səsləndirməsi və əllərində pankart olması müzakirələrə səbəb olub.
Ümumilikdə 141 müxalifətçi deputat parlamentin təhlükəsizliyini pozduqları üçün indiyədək parlamentdən kənarlaşdırılıb.
Müxalifət deputatları isə iddia edirlər ki, hakim Bharatiya Janata Partiyası (BJP) mühüm qanun layihələrini “müxalifətsiz” qəbul etmək üçün opponentləri parlamentə buraxmağa çalışır.