Hindistanda tələbə və müəllimləri daşıyan qayığın batması nəticəsində 14 nəfər ölübbackend

Hindistanda tələbə və müəllimləri daşıyan qayığın batması nəticəsində 14 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Hindistanın qərbindəki Qucarat əyalətində tələbə və müəllimləri daşıyan kiçik qayığın batması nəticəsində 14 nəfər ölüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Polis ştatın Vadodara şəhərindəki göldə tələbə və müəllimləri daşıyan kiçik qayığın batdığını açıqlayıb.

Qayıqda 4 müəllim və 24 şagirdin olduğunu qeyd edən səlahiyyətlilər, qəzada 14 nəfərin öldüyünü açıqlayıb.

Ştat baş naziri Bhupendra Patel qəzadan sağ çıxanlara lazımi yardım və müalicənin göstərilməsini əmr etdiyini qeyd edib.

Patel axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Hindistanın baş naziri Narendra Modi sosial media platformasında hadisə ilə bağlı paylaşım edib.