Hollandiyada bir neçə saatını sosial mediadan və rəqəmsal dünyadan uzaqda keçirmək istəyənlər “Offline Club” adlı təşəbbüsün toplantılarında bir araya gələrək texnoloji cihazlardan uzaqda vaxt keçirib sosiallaşırlar.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Hollandiyada özünü “The Offline Club” adlandıran qrup hər həftə fərqli bir kafedə görüşür, telefon və kompüterdən uzaqda vaxt keçirir.
Sosial media əvəzinə real həyatda görüşmək və ekran qarşısında keçirdikləri vaxtı azaltmaq məqsədi daşıyan tədbir iştirakçıları girişdə telefonlarını söndürüb işçilərə təhvil verirlər.
Bu müddət ərzində iştirakçılar kitab oxumağa, bulmacalar həll etməyə, rəsm çəkməyə, əl işləri ilə məşğul olmağa və ya seçdikləri hər hansı digər oflayn fəaliyyətə vaxt ayırırlar. Offline Club-ın yaradıcılarından İlya Kneppelhout və iştirakçılar telefon və kompüterdən uzaqlaşmaq, dincəlmək və həmfikirlərlə görüşmək üçün tədbirə qatıldıqlarını bildiriblər.