Husilər Rusiya və Çin gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçidinə vəd veriblərbackend

Husilər Rusiya və Çin gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçidinə vəd veriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı dənizdə Rusiya və Çin gəmiləri təhlükə altında deyil.

İnterpress.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində “Ənsar Allah” hərəkatının (husilər) siyasi bürosunun üzvü Məhəmməd əl-Bahiti bildirib.

“Bütün digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onların regionda daşınma ilə bağlı təhlükəsi yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçməsini təmin etməyə hazırıq”, – o qeyd edib.

Onun sözlərinə görə, məqsədləri İsrail üçün iqtisadi xərcləri artırmaqdır: “Biz sülhə hazırıq, lakin ABŞ və Böyük Britaniya Yəmənə hücumları, Qəzza zolağındakı müharibəni dayandırmalı və dərman, yanacaq, eləcə də qidanın fasiləsiz axını təmin etməlidir”.