Hyundai Rusiyadakı obyektini satmaq qərarına gəlibbackend

Hyundai Rusiyadakı obyektini satmaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın avtomobil şirkəti “Hyundai” Rusiyadakı istehsal obyektini satmaq qərarına gəlib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. “Hyundai”ın 2022-ci ilin mart ayından Rusiyada fəaliyyətlərin dayandırıldığı xatırladılıb və ölkədəki istehsal müəssisəsinin satışına qərar verildiyi açıqlanıb.

Şirkət bu gün direktorlar şurasının iclasını keçirib və Rusiyadakı Hyundai Motor Production (HMMR MMC) şirkətindəki bütün səhmlərinin “Art-Finance” MMC-yə satılması planını təsdiqləyib. Açıqlamada “Hyundai”ın Art-Finance ilə müqavilənin son detalları üzərində işlədiyi qeyd edilib.

Reuters daha əvvəl elan etmişdi ki, Hyundai Rusiyadakı istehsal obyektini ləğv etməklə itkilərini təxminən 219,2 milyon dollar azaldacaq.