Gürcüstanın Müdafiə Nazirliyi iki ildən sonra Tbilisi səmasının Hava Hücumundan Müdafiə elementləri ilə tam mühafizəsini təmin edə biləcək.
İnterpress.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze bildirib.
“Artıq başa çatmış satınalmalar nəticəsində iki ildən sonra Tbilisinin səması strateji obyektlər, aeroportlar, hərbi bazalar və s. tamamilə qorunacaq. Gürcüstanda bu heç vaxt olmayıb və biz buna nail olacağıq”, – o qeyd edib.