İlham Əliyev hər bir vətəndaşın Prezidentidirbackend

İlham Əliyev hər bir vətəndaşın Prezidentidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham  Əliyevin  iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki  çıxışında  bir  daha  sübut etdi ki, dövlətimizin  başçısı  inkişaf  proqramlarına  dəstək  verir.  Sosial  təminat  məsələləri  ilə  bağlı  nəzərdə  tutulmuş  öhdəliklərdə  gecikmə  və  yaxud  təxirə  salma  hallarına  yol  verilmir,  əksinə  əhalinin, xüsusi  ilə  aztəminatlı  ailələrin, şəhid  ailələrinin muharibə  əlillərinin  təminatı diqqətdə  saxlanılır, əlavə  tədbirlər  həyata keçirilir.
      Bu gün dünyanın 120  ölkəsinin  pandemiyaya  qarşı  mübarizə  məqsədilə beynəlxalq təşkilatlara  kreditlə  bağlı  müraciət  etdiyi  halda  Azərbaycan  artıq  30  ölkəyə  yardım etmişdir. Təkcə bu il ərzində 1500  şəhid,  4000  məcburi  köçkün  ailəsinin  mənzillərlə  təmin  olunması  cənab  prezidentin  böyük  diqqət  və  qayğısının  təzahürüdür. Şəhid  ailələrinin  təminatının  20 %,  məcburi  köçkünlərin  təminatının  50%,  pensiyaların  20%,  aylıq  orta  əmək  haqqının  25%  artırılması  ümummilli  lider  Heydər  Əliyevin neft  strategiyasının  Azərbaycanın  gələcəyinə  hesablanmış  strategiya  olduğunu  bir  daha  sübut  edir.2020- ci  ildə 60  min  nəfərin  ödənişli  iş  yerləri  ilə  təmin  ediləcəyi  barədə  cənab  prezidentin  təlimatı xüsusilə önəmli  məsələdir.Ölkə başçısı  Ermənistanın son  günlərdə Tovuz rayonunda  dinc  əhaliyə  qarşı  təxribatlarına geniş şəhr vermişdir.  Xüsusilə qeyd  edilmişdirr  ki, Azərbaycan  daha  90-cı  illərin  Azərbaycanı  deyil. Düşmənə  həmişə  layiqli  cavab  verilib, veriləcək də.Prezident İlham Əliyevin  müraciətinə  cavab  olaraq  50 minə  yaxın  Azərbaycan  vətandaşının  könüllü  olaraq  səfərbərliyə  qeydiyyatdan  keçməsi  xalqımızın düşmən  təcavüzünə  qarşı hazır  olduğunu və  vahid  cəbhədən  çıxış  edəcəyini  nümayiş  etdirir.
 Cənab  prezident  bildirmişdir ki,  bizim  siyasətimiz  beynəlxalq  hüquqa  əsaslanır.  Ermənistanın təxribatları  ilə  əlaqədar  Türkiyənin  dövlət  və  hökümət  rəhbərləri,  57  ölkəni  birləşdirən  İslam  Əməkdaşlıq  Təşkilatı,  Qoşulmama  Hərəkatının üzvü  olan  120  ölkə  hətda  MDB  Kollektiv   Təhlükəsizlik  Şurasının  üzvü  olan  6  ölkədən  3-ü  (Qazaxstan, Qırğzstan, Belarus)  Azərbaycana  dəstək  vermişlər.  Ermənistan  isə utanmadan  Kollektiv  Təhlükəsizlik  Şurasından xahiş  etmişdir  ki, Azərbaycanı  qınayan  bəyanatı  qəbul etsinlər.Cənab  prezident  xüsusilə qeyd  etmişdir  ki, bizim  üçün əsas məsələ Dağlıq  Qarabağ  münaqişəsinin  həllidir.  Bu  münaqişənin  yarımçıq  həlli  bizə  lazım  deyil, Azərbaycan   işğal  altında  olan  öz  torpaqlarını  qaytarmalıdır.Azərbaycan Rrespublikasının  Prezidenti  İlham  Əliyevin  iyulun 21-də Bakının Xətai rayonunda keçiriliən mərasimindəki  çıxışında    qaldırılan  bütün  məsələləri  dəstəkləyirik.  Tam  əmin  olduğumuzu  bildiririk  ki, Azərbaycan  daha da  inkişaf  edəcək,  işğal    altında  olan  torpaqlar  azad  olunacaq,  qaçqın  və məcburi  köçkünlər  doğma  yurdlarına  qayıdacaqlar.
 Əmiraslan Bəşirov 
 Yevlax şəhəri, Əməkdar  müəllim