IMF Pakistana maliyyə yardımının uzadılmasını nəzərdən keçirəcəkbackend

IMF Pakistana maliyyə yardımının uzadılmasını nəzərdən keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Valyuta Fondunun (IMF) İcraiyyə Komitəsi Pakistana 0,7 milyard ABŞ dolları maliyyə yardımı paketinin növbəti dəfə uzadılması məsələsinə baxmağı yanvarın 11-nə planlaşdırıb.

İnterpress.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Pakistan Observer” məlumat yayıb.

Bildirilib ki, ümumi həcmi 3 milyard ABŞ dolları olan yardım paketinin ikinci dəfə uzadılması məsələsi ilə bağlı yekun qərar beynəlxalq kreditorun icraiyyə komitəsinin iclasına təqdim edilməlidir.