İmran Xanın partiyası tam tərkibdə parlamentdən istefa veribbackend

İmran Xanın partiyası tam tərkibdə parlamentdən istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın keçmiş Baş naziri İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası yeni Baş nazir seçikisindən əvvəl parlamentin tərkibindən çıxıb.

İnterpress.az  xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

“Biz istefa verdiyimizi elan edir, bütövlüklə parlamentdən gedirik”, – Baş nazir postuna Təhrik-i İnsaf Partiyasının namizədi, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib.

Məlumata görə, bununla belə Şah Mahmud Qureyşinin adı seçki bülletenində qalıb. Belə şəraitdə müxalifətin namizədi Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Baş nazir postuna yeganə namizəd olacaq.

Qeyd edək ki, Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) aprelin 10-da Baş nazir İmran Xana etimadsızlıq göstərib.