İmtahan vermədən Qarabağ Universitetinə qəbul olunan ilk tələbə DANIŞDI – FOTObackend

İmtahan vermədən Qarabağ Universitetinə qəbul olunan ilk tələbə DANIŞDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ Universitetinə qəbul olunan ilk tələbə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülən Atilla Muradlıdır. Ağdaşdan olan 17 yaşlı Atilla Muradlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqədənkənar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbə kimi öz adından bəhs etdirib.

İnterpress.az xəbər verir ki, Oxu.az Atilla Muradlının təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb.

O bildirib ki, Qarabağ Universitetində təhsil almaq istəyi və qərarı özünə aiddir:

“Bu, mənim üçün böyük fəxrdir. 30 ildən sonra Prezidentimizin uzaqgörən siyasəti və rəhbərliyi ilə şəhidlərimizin qanı-canı hesabına alınan Qarabağda yaradılan universitetdə təhsil almaq, izaholunmaz dərəcədə qürurvericidir. Bundan əlavə, özüm də Qarabağımızın doğma təbiətinə, havasına, suyuna heyran biriyəm. Allah Ali Baş Komandanımıza uzun ömür versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin. Onların sayəsində biz gedib doğma torpaqlarımızda rahat təhsil ala biləcəyik. Qarabağ Universitetinə qəbul edilən ilk tələbə olmaq çox gözəldir.

Universiteti bitirdikdən sonra çox istərdim ki, Qarabağımızı abadlaşdırmaq üçün yeni layihələr təklif edim, inkişafı üçün əlimdən gələni edim”.

Atillanın atası Ehtiram Muradlı da sevincinin hüdudunun olmadığını dilə gətirib:

“Mən həmişə demişəm ki, Prezidentimiz hara, biz də ora. Dövlət başçımızın yaratdığı perspektivli universitetin tələbəsi olmaq şərəfinə övladım nail oldu. Atillanın çoxsaylı mükafatları olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq müsabiqədənkənar Qarabağ Universitetinə daxil oldu. Övladımın Xankəndidə təhsil alması valideyn və vətəndaş kimi bizim üçün ikiqat önəm daşıyır. Bu hadisənin mənəvi dəyəri böyükdür. Övladlarımızın istəklərinə heç vaxt qarışmamışıq, öz seçimidir, bizim də ürəyimizdən oldu”.

Qeyd edək ki, A.Muradlı qəbul imtahanlarında yüksək nəticə (519.2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.

O, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur. A. Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadalarının qalibi və mükafatçısıdır.
Elm və təhsil nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb.

A.Muradlı 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək.