İngiltərədə maaş artımı ilə bağlı hökumətlə aparılan danışıqların nəticəsiz qalmasından sonra ümumi praktikantlar yenidən 3 günlük tətilə başlayıblar. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Hökumətlə fikir ayrılığı olan ümumi praktiki həkimlərin 3 günlük işini dayandırmasında fövqəladə hallarda işə mütəxəssis həkimlər təyin edilib.
Həkimlərin tətil qərarı bu ayın əvvəlində Britaniya Tibb Assosiasiyası (BMA) ilə hökumət arasında aparılan danışıqların dağılmasından sonra verilib.
Böyük Britaniyanın Milli Səhiyyə Sisteminin (NHS) məlumatına görə, keçən il səhiyyə işçilərinin tətilləri səbəbindən 1,1 milyondan çox görüş və müalicə ləğv edilib.
Mütəxəssis həkimlər və ümumi praktikantlar “ilk dəfə” birlikdə tətilə çıxıblar.
Bundan əvvəl müxtəlif günlərdə dəfələrlə tətil edən mütəxəssis həkimlər, ümumi praktikantlar və köməkçi həkimlər sentyabrın 20-də “ilk dəfə” eyni gündə işini dayandırıblar.
Mütəxəssislərin və ümumi praktikantların eyni gündə tətil qərarı verməsi hökumətlə tibb işçiləri arasında maaş mübahisəsinin artdığına dair şərhlərə səbəb olub.
Həkimlərin işinin dayandırılması zamanı yalnız təcili yardım göstərilib.
NHS öz hesabatında səhiyyə xidmətini gözləyənlərin sayının rekord qıraraq 7,6 milyon nəfərə çatdığını açıqlayıb.