Əgər kiminsə hər zaman yalan danışdığını necə müəyyənləşdirəcəyinizi artıq bilirsinizsə, o zaman insanların ən çox nə haqqında yalan danışdığı ilə də maraqlanırsınız.
İnterpress.az xəbər verir ki, Hollandiyanın Tvente Universitetinin alimləri bu suala cavab tapıblar.
Onlar sınaq keçiriblər və iştirakçıların əksəriyyətinin (22%) eqoist yalan danışdıqlarını, digər 8% isə başqasını qorumaq üçün yalan danışdıqlarını görüblər. Bu təcrübə bir gün davam edib. Qeyd edək ki, iştirakçıların əksəriyyəti – 69%-i yalan danışmadığını bildirib.
Başqa bir sınaq da keçirilib – iştirakçılardan beş gün ərzində yalan danışma davranışlarını qeyd etmələri istənib. Alimlərin sözlərinə görə, təcrübədə iştirak edənlərin 22%-i hər gün yalan danışdıqlarını, 19%-i isə heç vaxt yalan danışmadıqlarını qeyd ediblər. Tədqiqatçılar aşkar ediblər ki, yalan danışanların özünə inamı aşağıdır.