İran 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv edirbackend

İran 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran turizmi canlandırmaq üçün 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etmək qərarına gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Turizmi canlandırmaq üçün bəzi ölkələrə vizaların birtərəfli qaydada ləğvi ilə bağlı hökumətə təklif verilib: “Turizm Nazirliyinin müəyyən edilmiş prioritetlər istiqamətində 32 ölkəyə vizaların birtərəfli qaydada ləğv edilməsi təklifi Şura tərəfindən bəyənilib”.

Mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərqami paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasından sonra mövzu ilə bağlı mətbuata açıqlama verib.

İranlı nazir 32 ölkədən hansı üçün birtərəfli viza ləğvi qərarının verildiyini açıqlamayıb, lakin Tehran administrasiyası 2019-cu ilin iyun ayında Çinli turistlər üçün birtərəfli viza azadlığı tətbiq etmək qərarına gəlib.