İran Aİ diplomatı Floderusu “yer üzündə fitnə” ittihamı ilə mühakimə edirbackend

İran Aİ diplomatı Floderusu “yer üzündə fitnə” ittihamı ilə mühakimə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsveç vətəndaşı və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin əməkdaşı Yohan Floderusu “yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə mühakimə edir və bu, tez-tez edamla nəticələnir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İranda həbsdə olan İsveç vətəndaşı Floderusun işi üzrə məhkəmə iclası Tehran İnqilab Məhkəməsinin 26-cı Şöbəsində keçirilib.

Tehranda keçirilən iclasda İsveçin Tehrandakı müvəqqəti işlər vəkili, həmçinin müttəhimin vəkilləri və rəsmi tərcüməçiləri iştirak ediblər.

Məhkəmə hakimi Tehran Baş və İnqilab Prokurorluğunun ittiham aktına toxunaraq qeyd edib ki, Floderusun texniki və fiziki izləmə məlumatları, onun digər ölkələrə, xüsusən də İsrailə səfərləri və müxtəlif yazışmaları qiymətləndirilib.

Sözügedən ittihamnamənin əhatə dairəsinə diqqət çəkən məhkəmə hakimi, İsveç vətəndaşı Floderusa qarşı irəli sürülən ittihamı “Ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı hərəkətə keçməklə yer üzündə təxribat törətmək və İsraillə kəşfiyyat əməkdaşlığı” kimi izah edib.

Məhkəmə hakimi bildirib ki, indiyədək iş üzrə üç iclas keçirilib.

İranda “yer üzündə nizamsızlıq” ittihamı ilə keçirilən məhkəmələrin böyük əksəriyyətində müttəhimə ölüm hökmü verilir.

Maraqlıdır ki, Floderusun bu ittiham üzrə mühakiməsi İsveç apellyasiya məhkəməsinin İran prokurorunun keçmiş müavini Həmid Nuriyə “beynəlxalq hüququ pozmaq” və “qəsdən adam öldürmə” ittihamı ilə verilən ömürlük həbs cəzasını təsdiqləməsi ilə eyni vaxta təsadüf edib.

Bildirilib ki, Aİ Xarici Əlaqələr Xidmətində çalışan 33 yaşlı isveçli Yohan Floderus 2022-ci ilin aprelində turist kimi gəldiyi İranda həbs edilib.

İran 2022-ci ilin iyulunda Floderusun adını çəkmədən bir İsveç vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqladı.