İran Pakistan ərazisindəki hədəflərə hücumları təsdiqləyibbackend

İran Pakistan ərazisindəki hədəflərə hücumları təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Pakistan ərazisindəki hədəflərə hücum etdiyini təsdiqləyib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Abdullahiyan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) sessiyasında çıxış edib.

İranın İraq, Suriya və Pakistana son raket hücumlarının “terrorla mübarizə çərçivəsində, İsrailin Qəzzaya hücumları ilə əlaqəli olmadığını” müdafiə edən Abdullahiyan deyib ki, İraq və Pakistanın ərazi bütövlüyünə hörmət edirlər, lakin milli təhlükəsizliyin təhdid edilməsinə icazə verməyəcəklər.

Ölkəsinin İraqın Ərbil şəhərinə təşkil etdiyi hücumda Mossad agentlərinin hədəf alındığını iddia edən Abdullahiyan, Tehranın İsrail kəşfiyyat təşkilatı Mossad-ın İraq Kürd Regional Rəhbərliyindəki fəaliyyətləri ilə bağlı İraqla kəşfiyyat məlumatlarını paylaşdığını bildirib.

Pakistan ərazisinə hücumla bağlı Abdullahiyan heç bir Pakistan vətəndaşının hədəf alınmadığını müdafiə edib.