“İran və Rusiyanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində tikinti işlərini başa çatdırmaq istəyi Moskvada keçiriləcək danışıqlarda əsas müzakirə mövzularından birinə çevriləcək”.
İnterpress.az İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Rusiyaya yollanmazdan əvvəl deyib.
“Bu səfər zamanı iki ölkənin “Şimal-Cənub” dəhlizinin tikintisini başa çatdırmaq istəyi bu birgə iş üzrə danışıqların əsas məsələlərindən birinə çevriləcək”, – o qeyd edib.