İran Prezidenti İbrahim Rəisi və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsini müzakirə ediblər.
İnterpress.az “Reuters”ə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər həm də Körfəzdə sabitliyi və təhlükəsizliyi təhdid edən və Yəməndən Suriyaya qədər Yaxın Şərqdə münaqişələri qızışdıran yeddi illik düşmənçilikdən sonra Çin tərəfindən müzakirə edilən razılaşma əsasında mart ayında əlaqələri bərpa etmək barədə razılığa gəliblər.
ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Rəisinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefon danışığına münasibət bildirərək qeyd edib ki, HƏMAS-a qarşı mübarizədə İsraili qətiyyətlə dəstəkləyən Vaşinqton Səudiyyə liderləri ilə daima təmasdadır.