İran xalqının əksəriyyəti artıq İslam Respublikasını istəmirbackend

İran xalqının əksəriyyəti artıq İslam Respublikasını istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran xalqının əksəriyyəti artıq İslam Respublikasını istəmir.

İnterpress.az xəbər verir ki, bəyanatda vəkil və hüquqşünasların xalq etirazlarına dəstək vermələri istənilib.

Etirazlara dəstək verən 40 vəkil bəyanat yayaraq vətəndaşların “hakim ruhanilərin mahiyyətini tanıdıqlarını və artıq onlara aldanmadıqlarını” bildiriblər.

40 vəkilin imzası ilə yayılan bəyanatda bildirib ki, insanlar son bir ayda İranda ümummilli etiraz aksiyalarında “məzhəbçi və bacarıqsız hökmdarlardan idarəçilik kreslosunu geri almaq” üçün küçələrə çıxıblar.

“İran xalqının əksəriyyəti artıq İslam Respublikası sistemini istəmir” başlığı ilə dərc edilən bu bəyanatda vətəndaşların “hakim ruhanilərin mahiyyətinə bələd olduqları və bir daha onların yalan və vədlərinə aldanmayacağına dair xəbərdarlıq edildiyi, müxtəlif şüarlarla mollalardan hakimiyyətdən getmələrinin istənildiyi qeyd edilir.

Bəyanatı imzalayan nüfuzlu vəkillər İran Məhkəmə Sisteminin repressiya maşınının ən güclü amillərindən kimi çıxış etdiyini. etirazçılar, fəallar, jurnalistlər və hüquqşünaslara qarşı amansız davrandıı bildirilib.

Mehrəngiz Kar, Giti Purfazil, Səid Dehqan, Məhəmməd Oliyayi Fərd və başqa tanınmış vəkillərin imzası olan bəyanatda hakimiyyət nümayəndələrinin xalqın kütləvi etiraz dalğası qarşısında qaçmağa məcbur olacaqları deyilir.

Vəkillər ölkədə yaşayan bütün hüquqşünas və vəkillərdən İranda yaşayan xalqların nümayəndələri olaraq etiraz aksiyalarına qatılmaları və narazı vətəndaşlara dəstəkçi olmaları tələb edilib.